“Krokus”dakı terrorda yaralananların sayı açıqlandı

Rusiyanın Moskva vilayətindəki “Krokus Sity Holl”da baş verən terror aktında xəsarət alanların sayı 551 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 382 nəfər idi.

Bir gün əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyi xəsarət alan 77 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 47-nin evə buraxıldığını bildirmişdi.