“Krokus”dakı hücumun ilk saniyələri… – VİDEO

Moskvadakı “Krokus Siti Holl”da törədilən terror aktının ilk saniyələri müşahidə kameralarına düşüb.

Globalinfo.az xəbər verir ki, sözügedən video Rusiya mətbuatında yayılıb.

Görüntülərdə hücumda iştirak etdiyi iddia edilən şəxslərin binanın əsas girişinə yaxınlaşdıqları məlum olur.

Silahlıların əsas girişdə maşın saxladığı, “Renault”dan düşən kimi dərhal insanlara atəş açdığı qeyd edilib.

Həmin görüntüləri təqdim edirik:

 

Qeyd edək ki, martın 22-də “Krokus Siti Holl”da terror aktı nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb.