“Krokus”da ölən və yaralananların sayı artır

“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində yaralananlar 182 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ölən 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

Yaralılardan 121 nəfərə stasionar, daha 61 nəfərə isə ambulator yardım göstərilib.

***

“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 137, yaralananlar isə 180 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, ölən 62 nəfərin şəxsiyyəti müəyyən edilib.

Məlumata əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

***

“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 154-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 152-yə çatıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatında bildirilib.

Yeni məlumatlarına əsasən terror aktı nəticəsində 133 nəfər həlak olub. Həlak olanlardan 3-ü uşaqdır. Tibb müəssisələrində 114 nəfər, o cümlədən 4 uşaq müalicə alır.