“Krokus”da terror aktını törədənləri hansı cəza gözləyir? – FOTO/VİDEO

“Krokus”da terror aktı ilə bağlı iki müttəhimə qarşı ittiham irəli sürülüb və onları ömürlük həbs gözləyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iş üzrə təqsirləndirilən şəxslər Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç mütəşəkkil dəstənin tərkibində bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunublar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi). Bu maddənin maksimum sanksiyası ömürlük həbsi nəzərdə tutur.

Bu gün məhkəmə müstəntiqlərin həbsi ilə bağlı vəsatətlərinə baxacaq.