“Krokus”da XİN işçisi də ölüb – Yeni siyahı

“Krokus”da terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısına 120 nəfərin adı daxil edilib.

Globalinfo.az xəbər verir ki, siyahını Rusiya Fövqəladə Hallar Nazirliyinin yayıb.

Yenilənmiş siyahıda Vüqar Hüseynovdan başqa azərbaycanlı adı yoxdur.

Rusiya XİN sözçüsü Mariya Zaxarova teraktda XİN-in Linqvistik dəstək şöbəsinin əməkdaşı 23 yaşlı Tatyana Repinanın da həlak olduğunu bildirib.

Qeyd edək ki, martın 22-də “Krokus Siti Holl”da baş verən terakt nəticəsində 139 nəfər ölüb.