“Krokus” terroru ilə bağlı daha bir nəfər həbs edildi

Moskvanın Basmannı məhkəməsi Krasnoqorskda “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı iş üzrə doqquzuncu şəxsi həbs edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhkəmə ticarət mərkəzində baş verən terror aktı ilə bağlı iş üzrə 9-cu təqsirləndirilən Lütfüllo Nəzrimad barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.