“Krokus” terrorunda müəmma: Hadisə zamanı yanğınsöndürənlər…

“Krokus”da terror aktı baş verən zaman əraziyə cəlb olunan yanğınsöndürənlər avtomobillərini tərk edərək qaçıblar”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Baza” Teleqram kanalı yayıb.

Məlumata görə, Rusiya İstintaq Komitəsi “Krokus”a məxsus özəl yanğınsöndürmə idarəsində yoxlamaya başlayıb.

“Krokus”un yanındakı binada özəl yanğınsöndürmə idarəsi var. O, xüsusi avadanlıq və sursatla təmin olunub. “Krokus”dan yanğınsöndürmə məntəqəsinə qədər olan məsafə cəmi 900 metrdir. Bu o deməkdir ki, terror aktı baş verən gün xüsusi texnika 3-5 dəqiqə ərzində hadisə yerinə gəlməli idi. Yanğınsöndürənlərdən qapıları sındırmaq, insanları yanan binadan çıxarmaq və yanğını söndürməyə başlamaq tələb olunub. Lakin onların hərəkətsizliyi yanğının sürətlə yayılmasına və çoxlu sayda insanın ölümünə gətirib çıxarıb”, – Vəkil İqor Trunov öz müraciətində vurğulayıb.

“Baza”nın məlumatına görə, özəl yanğınsöndürənlər terror aktı baş verən gün ərazini tərk ediblər və yanğının söndürülməsinə cəlb olunmayıblar. Onlar sadəcə yanğınsöndürən maşınlarını tərk edərək qaçıblar.

Əliyar Xəlil
Globalinfo.az