“Krokus” teraktı ilə bağlı daha bir nəfər saxlanıldı

“Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı iş üzrə onuncu şəxs həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, polisə tabe olmayan Yakubcon Yusufzoda 12 sutka müddətinə inzibati həbs olunub. Bununla “Krokus” teraktı ilə bağlı 10-cu şəxs saxlanılmış olub.

Qeyd edək ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.