Emin Ağalarov: “İlk işimiz…” – “Krokus” bərpa olunacaq?

“Krokus Siti Holl”un bərpa edilib-edilməyəcəyini söyləmək hələ tez olsa da, iş adamı Araz Ağalarov bu məsələni ölkənin ümumi rəyi əsasında həll edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Emin Ağalarov deyib.

Emin Ağalarov “Krokus” qurbanlarının xatirəsinə abidə yaradacağına söz verib.

“Krokus Holl”un əvvəlki formada bərpa olunub-olunmayacağını söyləmək, yəqin ki, tezdir. Düşünürəm ki, bu məsələ ilə bağlı atamın verəcəyi qərar, təbii ki, ölkənin ümumi fikrinə əsaslanacaq və hökumət də bizə necə davam edəcəyimizlə bağlı öz baxışlarını deyəcək. Memorial mütləq yaradılacaq: varsa yeni zalın içində, yoxdursa zalın yerində”.

İş adamı hazırda əsas prioritetlərinin zərərçəkənlərə maksimum yardım göstərmək olduğunu söyləyib.

“Təbii ki, biz bütün bunları nəzərdən keçiririk, lakin indi bizim bir az fərqli prioritetlərimiz var. Biz zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu da bu işə cəlb etməklə xilasedicilərə dağıntıları təmizləməkdə kömək etməkdir. Hələlik bizim ilk vəzifəmiz bunlardır”, – deyə Ağalarov qeyd edib.

Qeyd edək ki, bundan öncə kompleksin sahibi olan “Krokus İnterneşnl” şirkətinin mətbuat xidməti binanın təmir ediləcəyini açıqlamışdı.