krivoy roq

Rusiya ordusunun ötən gün Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Globalinfo.az  xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak deyib.

Ölənlərdən 9-nun uşaq olduğu bildirilir. Lakin Rusiya Müdafiə Nazirliyi bunu inkar edərək sadəcə hərbi obyektlərin hədəfə alındığını açıqlayıb. Hətta çox sayda ukraynalı və xarici hərbçilərin öldürüldüyü iddia olunub.

Ukrayna Silahlı Qüvvələri sözügedən bəyanatı dezinformasiya adlandırıb. Hədəfə alınan ərazilərin mülki obyektlər olduğu və ölənlərin hərbçi olmadığı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: