
Ukraynada müharibə getdikcə daha mənfi məcraya yönəlir və əgər Qərbdən yeni silah tədarükü baş verməzsə, artıq payız aylarında cəbhədə vəziyyət xeyli pisləşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinin məqaləsində deyilir.
“Ukrayna altı ay ərzində kritik nöqtəyə çata bilər, əgər böyük həcmdə yeni hərbi yardım almasa”, – məqalədə qeyd edilir.
Qeyd olunur ki, bəzi Qərb rəsmiləri isə bu barədə qeyri-rəsmi şəkildə daha qaranlıq proqnozlar verir və xəbərdarlıq edirlər ki, əgər Ukrayna Silahlı Qüvvələri lazımi hərbi və maliyyə dəstəyi almazsa, bu, faciəvi uğursuzluğa gətirib çıxara bilər.
Qəzetdə həmçinin qeyd edilir ki, Ukraynanın Qərb müttəfiqlərinin belə həll edə bilmədiyi əsas problemlərdən biri də ordu sıralarının say baxımından azalmasıdır. Eyni zamanda, Rusiyanın hücumlarının ukraynalılar arasında ruh düşkünlüyü yaratdığı da vurğulanıb.
Aysel Əliyeva
Globalinfo.az