Moskva vilayətində “Rajik Nijnevartovski” ləqəbi ilə tanınan qanuni oğru Rajidin Mihrəliyevin meyiti aşkarlanıb.
Globalinfo.az Publika-ya istinadən xəbər verir ki, cinayətkarın cəsədi Lenin şəhərinin Drujba qəsəbəsində tapılıb. Ehtimal edilir ki, o, olümündən əvvəl kriminal cəmiyyətin yerli nümayəndələri ilə mübahisə edib.
Nijnevartovski intihar qeydi qoymayıb. Amma onun intihar etməsi də ehtimallar arasındadır.
Mihrəliyev 1970-ci ildə Dağıstanın Asakent şəhərində doğulub. 2013-cü ildə ona kriminal avtoritetlər – Vasya Voskres və Zyatek tərəfindən “tac qoyulub”.
Sağlığında Mihrəliyev bir neçə sui-qəsd cəhdindən sağ çıxıb. O, narkotik saxlama ittihamı ilə də dəfələrlə məsuliyyətə cəlb