Krımda körpüsündə yanğın söndürüldü

Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub”, – deyə FHN-dən bildirilib.