Ukrayna muharibe putin zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək əsas amil Krımdakı vəziyyət deyil, birbaşa Moskva üçün yaranacaq təhlükədir.

Globalinfo.az-ın xəbərinə görə, Zelenski bildirib ki, Putinin müvəqqəti işğal altında olan Krıma münasibəti ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir.

“Putini hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək yeganə amil Krım deyil, Moskva üçün yaranacaq təhlükədir”, – deyə Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Putin nə Krımdakı, nə də Ukraynanın şərqindəki real vəziyyəti yaxından bilir.

“Onun bu regionları guya sevdiyi və onlara ehtiyac duyduğu barədə dedikləri doğru deyil. Putin həmin əraziləri yalnız zabitlərinin məruzələri əsasında tanıyır”, – deyə Zelenski əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: