Krım körpüsü naməlum səbəblə bağlandı: Nə baş verir?

Krım körpüsü ilə avtomobillərin hərəkəti dayandırılıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, işğal olunmuş Krımın sakinlərindən “sakit olmaları” xahiş olunur. Hazırda nəqliyyatın dayandırılmasının səbəbi ilə bağlı məlumat yoxdur:

“Körpünün üzərində və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyatın təhlükəsizliyini təmin edən əməkdaşların göstərişlərinə əməl etmələri xahiş olunur”.