“Kremlə hücum elə Kremlin özünə lazım idi” – ŞƏRH

“Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskva görünür”

Globalinfo.az xəbər verir ki, bunu Kremlin vurulmasının arxasında hansı ölkənin olmasını şərh edən politoloq Asif Nərimanlı deyib.

O, Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskvanın göründüyünü deyib:

“- Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərilir;

– Rusiyanın Kiyevə zərbələr endirməsi legitimləşdirilir: Dövlət Dumasında Zelenskinin ofisinin vurulması çağırışları edilib;

– ABŞ başda olmaqla Qərb cəbhəsinə Ukraynanın onların istəyinin əksinə olaraq, müharibənin arealını genişləndirdiyi mesajı verilir, bununla Kiyevə olan inamı zəiflətməyə çalışırlar.

Təkcə zərbələrin effektsiz olması yox, nəticələr də hücumda diqqəti Kremlin üzərinə cəmləyir.

Bu hücumun 9 May paradından öncə olması da təsadüfi deyil: bəllidir ki, Putin paradda müharibənin vacibliyindən və yeni hədəflərdən danışacaq, Kremlə hücum onun arqumentlərini gücləndirən amildir”.