Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putin haqda dediklərinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablayarkən danışıb.
“9 Mayda Moskvaya gələn xarici liderlər Ukraynanın Rusiya ərazisində, böyük şəhərlərdə və paytaxtda pilotsuz təyyarələrlə zərbələr endirmək cəhdlərini gördülər. Bu, davam edir və Rusiya qarşılıq verməyə məcburdur. Putin vətəndaşlarının təhlükəsizliyi üçün hər şeyi edir”, – deyə o bildirib.
Qeyd edək ki, D.Tramp Rusiyanın Ukraynaya hücumlarını şərh edərkən Putinin hərəkətlərindən narazı olduğunu deyib. O, qarşı tərəfi “dəli” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az