owl detail 620 553a057bfd34243712f00065c1aba92c

“Dağıstan rəhbəri Sergey Melikovun vəzifədə qalacağı, yoxsa onun yerinə regiona yeni icraçı rəhbərin təyin olunacağı barədə yekun qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu məsələ hələ açıqdır və son söz dövlət başçısına məxsusdur.

Qeyd edək ki, 30 aprel tarixində Vladimir Putin Melikovun Dağıstan rəhbəri vəzifəsini tərk edərək başqa işə keçəcəyini bildirib. Onun səlahiyyət müddətinin sentyabrda başa çatdığı qeyd olunub.

Eyni zamanda, Prezident regionun rəhbəri vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukini namizəd kimi dəstəkləyib.

Bildirilir ki, Melikovun taleyi ilə bağlı qərar hələ tam rəsmiləşməyib və yekun söz Putinə məxsusdur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: