peskov 900x597 2

Rusiya Prezidenti Vladimir Putin, digər dövlət başçıları kimi, qorunur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyat orqanlarının iddialarına cavab verərkən deyib.

O vurğulayıb ki, Ukraynanın 9 may paradını pozmaqla bağlı təhdidlərinə cavab olaraq əlavə təhlükəsizlik tədbirləri görülür.

Bundan əvvəl “Nyus Veek” nəşri yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putinin Qələbə paradında təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyədə tədbirlər görülür.

Qərb mediasına sızdırılan kəşfiyyat hesabatına əsasən, Putinin mühafizəsi sərtləşdirilib, hərəkətləri məhdudlaşdırılıb, komanda və kommunikasiya kanalları azaldılıb”, – deyə qeyd olunmuşdu.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: