Rusiya Ermənistanı tərk edir? – Peskovdan cavab

Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın rus sülhməramlıların uğursuzluğu barədə fikirlər ilə razılaşmaq mümkün deyil.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına cavabında deyib.

“Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz” – Peskov vurğulayıb.

Qeyd edək ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini bildirib.