Kreml həbsdə müəmmalı şəkildə ölən Aleksey Navalnının həyat yoldaşı Yulia Navalnının iddialarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov müxalifət liderini Rusiya hakimiyyətinin zəhərləyərək öldürdüyü və cəsədini gizlətdiyinə dair açıqlamaların əsassız olduğunu deyib.
“Doğrusu, sözügedən açıqlamalardan xəbərim yoxdur, amma tamamilə əsassız ittihamdır. Çünki konkret fakta söykənmir. İddianın təsdiqlənməsi üçün sübut da yoxdur. Bəzi etik səbəblərə görə o sözləri lazımi şəkildə dəyərləndirə bilmirəm”, – Kreml sözçüsü qeyd edib.
Xatırladaq ki, Yulia Navalnı Kreml hökumətinin və birbaşa Vladimir Putinin həyat yoldaşını zəhərlədiyini iddia edib. O bildirib ki, zəhərin izlərinin bədəndən tam yox olması gözlənildiyi üçün A.Navalnının cəsədi ailəsinə təhvil verilmir.
Ayşən Mustafa
Globalinfo.az