Kremldən göstəriş: qondarma rejim hərbi təlimlərə başladı

Qondarma Abxaziyanın güc strukturları hərbi təlimlərə start veriblər.

Globalinfo.az xəbər verir ki, Gürcüstanla sərhəddəki Qalsk rayonunda keçirilən təlimlərin 14 marta qədər davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, bundan öncə Tbilisidə keçirilən aksiyada etirazçıların “Suxumi” şüarlarını səsləndirməsi qondarma rejimdə narahatlığa səbəb olmuşdu. Bu isə öz növbəsində Gürcüstanın Abxaziya ilə gərginliyi yenidən artıracağı ehtimalını gündəmə gətirmişdi. Hətta Kremlin əsas təbliğatçılarından Marqarita Simonyan Gürcüstanın Abxaziya istiqamətində hücuma keçəcəyi təqdirdə 2008-ci il ssenarisini yaşanacağını bildirmişdi.

Maraqlı məqam isə yaşananların fonunda Kremlin də dolayı yolla Tbilisini təhdid etməsidir. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Abxaziya və Cənubi Osetiya istiqamətində Moskvanın narahatlıq keçirdiyini və adı çəkilən bölgələrin müdafiəsi üçün hər şeyə hazır olduğunu bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az