Peskovdan Priqojinin oğlu haqda suala cavab

Kreml Yevgeni Priqojinin oğlu Pavel Priqojinin “Vaqner” özəl hərbi şirkətinə rəhbər təyin edilməsi ilə bağlı məlumatlara münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bu mövzuda heç bir məlumatının olmadığını deyib.

“Bu bizə veriləcək sual deyil. Mövzunun bizimlə əlaqəsi yoxdur. Məsələ ilə bağlı məlumatlı deyiləm”, – Peskov vurğulayıb.

Qeyd edək ki, Pavel Priqojinin “Vaqner”in rəhbəri təyin olunduğu, şirkətin döyüşçülərinin isə Rusiya qvardiyasına daxil edildiyi deyilir.

Ayşən Mustafa
Globalinfo.az