
“Rusiya Qaqauziya lideri Yevgeniya Qutsulu saxlanılmasına görə Moldova hakimiyyətinin hərəkətlərini pisləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, rəsmi Kişinyovun Maya Sandu ilə rəqabət aparan hazırkı siyasətçilərə qarşı ən açıq təzyiq üsullarından istifadə etdiyini söyləyib:
“Göründüyü kimi, Kişinyov qanunlara, demokratiya, siyasi plüralizm prinsiplərinə məhəl qoymamaq və sadəcə olaraq bütün siyasi rəqiblərə açıq-aşkar təzyiq göstərmək taktikasını seçib”.