Ukraynalı “KibOrg” haker qrupu Rusiyanın “Sirena-Travel” bron sistemini sındıraraq 2007–2023-cü illər arasında baş tutmuş 664 milyondan çox uçuşla bağlı məlumatı ələ keçirib.
Globalinfo.az-ın “omsnews.ru”ya istinadən xəbərinə görə, məlumatlar arasında “VİP” şəxslərin şəxsi məlumatları, sənəd nömrələri, marşrutlar və kontaktlar da var.
Sızma nəticəsində Ukrayna Silahlı Qüvvələri yüksək vəzifəli şəxslərin hərəkətlərini izləmək imkanı əldə edib. Məlumat bazasının bir hissəsində Karin Kneissl və Alina Kabayeva kimi şəxslərin uçuş detalları yer alıb.
Əlavə olaraq, 2025-ci ilin yazında Sirena-Travel və Latviya mərkəzli Amber Aero şirkəti arasında əməkdaşlığa dair yeni sənədlər də ictimailəşib. Sənədlər Leonardo PSS sisteminin texniki infrastrukturu, hostinq şərtləri və beynəlxalq şəbəkə bağlantılarını da açıq şəkildə göstərir.
Analitiklər bu sızmanı Rusiyanın milli təhlükəsizliyinə ciddi təhdid adlandırır.