Kreml: “Qismən səfərbərlik qərarına səbəb budur”

“De-fakto Rusiya NATO ilə qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı “xüsusi əməliyyat”ın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.

Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.

Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.