İrəvandan bununla bağlı siqnal almamışıq – Peskov

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda bir sıra məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan və Rusiya liderləri arasında şəxsi təmas qısa müddətdə baş tuta bilər. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması üçün İrəvandan heç bir siqnal verilməyib. Biz gözləyirik ki, qısa müddətdə Vladimir Putin və Baş nazir Nikol Paşinyan bunları və digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə etsinlər”, – Peskov bildirib.

Ayşən Mustafa
Globalinfo.az