Kreml müharibə ilə bağlı şərtini açıqladı: “Yalnız bundan sonra…”

Rusiya öz məqsədlərinə nail olduqdan sonra xüsusi hərbi əməliyyatı başa çatdıra bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukraynadakı münaqişə, bizim fikrimizcə, xüsusi hərbi əməliyyat yalnız öz məqsədlərinə nail olduqdan sonra başa çatdırıla bilər. Yaxud da bunu sülh danışıqları ilə hədəflərə çatmaqla bitirmək mümkündür, lakin bildiyimiz kimi, Ukrayna tərəfinin tutduğu mövqeyə görə sülh danışıqları mümkün deyil”, – Kremlin sözçüsü vurğulayıb.