Kreml hərəkətləndi, Almaniya vətəndaşlarına təcili çağırış etdi


Almaniya vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

“Rusiya Federasiyasına səyahət tövsiyə edilmir”, – deyə nazirliyin yaydığı mətndə qeyd olunub.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərə qarşı xəbərdarlıq edib.

Nazirliyin məlumatında qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək məsləhət görülmür.

Qeyd edək ki, ötən gecə Kremldə aktivlik müşahidə olunub.