Kreml Ermənistanda çevriliş etmək istəmir – Danielyan

“Rusiyanın Ermənistanda hakimiyyət çevrilişinə cəhd göstərməsi və bunun üçün müxalifəti dəstəkləməsinə dair söhbətlər blefdir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Politoloq Rusiyanın indiki məqamda belə bir şeyə ehtiyac duymadığını bildirib:

“Qərb regionumuzda təsir dairəsini genişləndirəndə Rusiya və Türkiyə yaxınlaşmağa başladı, belə olan halda Ermənistan qurbana çevrilir. Hazırda hökumət prosesi idarə etməlidir. Moskvaya İrəvanda açıq şəkildə rusyönümlü siyasət yürüdən hökumət lazım deyil. Əks halda Rusiya Ermənistanla bağlı planlarını dəyişməli olacaq. Amma Kreml indi buna hazır deyil.

Türkiyənin də Ermənistanda milli maraqları güdən hökumətə ehtiyacı yoxdur. Hazırkı İrəvan hakimiyyəti həm Rusiya, həm də Türkiyənin maraqlarına uyğundur”.

Ayşən Mustafa
Globalinfo.az