Kreml Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar faktını təsdiqlədi

Rusiya-Amerika danışıqları həqiqətən də noyabrın 14-də Ankarada ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Bu barədə bazar ertəsi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi”, – Kreml sözçüsü bildirib.

Eyni zamanda, Peskov söhbətin mövzusunu açıqlamayıb.