photo 2025 03 24 17 56 24

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində “The Times” jurnalına müsahibəsi zamanı divarları “bəzəyən” rəsmlər diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, foto “The Times” jurnalında dərc edilib.

Zelenskinin qarşısında durduğu divarda asılan rəsm əsərləri oxucuların diqqətindən qaçmayıb. Rəsmlərdə alovlar içində Kreml, ukraynalı hərbçilər və batan “Moskva” hərbi gəmisi təsvir olunub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sözügedən görüntüyə münasibət bildirərkən həmin kabineti “psixi xəstəxana” adlandırıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: