Kreml açıqladı: Putin həbs qərarına belə reaksiya verib

Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verən Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı-red) qərarı açıq düşmənçilik təzahürüdür.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

O, Kremlin bu məsələyə sakit yanaşdığını söyləyib.

“Biz dünyada həm ölkəmizə, həm də prezidentimizə qarşı o qədər açıq düşmənçilik təzahürlərini müşahidə edirik ki, təbii ki, bunu qeydə alırıq, lakin bu düşmənçilik təzahürlərinin hər biri ürəyimizə alsaq, yəqin ki, bundan yaxşı heç nə çıxmayacaq. Ona görə də, biz buna sakit yanaşırıq, biz hər şeyi diqqətlə qeyd edirik, işləməyə davam edirik. Ən əsası, prezident işləməyə davam edir”, – deyə Kremlin sözçüsü Putinin Beynəlxalq Cinayət Məhkəməsinin onun həbs barəsində qərarına necə reaksiya verməsi ilə bağlı sualı cavablandırarkan bildirib.