Kraliça II Elizabetin ölüm səbəbi açıqlandı

Kraliça II Elizabetin ölüm səbəbi açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün Şotlandiyanın Milli Qeydiyyatlar qurumu Kraliça II Elizabetin ölüm şəhadətnaməsini yayıb.

Şəhadətnamədə II Elizabetin ölüm səbəbi qocalıq olaraq göstərilib.

Sənddə qeyd olunub ki, o, sentyabrın 8-də Şotlandiyanın Balmoral qalasında Britaniya saatı ilə 15:10-da dünyasını dəyişib.

Sənədi onun qızı Şahzadə Anna imzalayıb.