lcwDyVdiOBTewJwAWi596gK6M4uyvDGDrRIHQrsQ 1200 10

Ukraynanın Lvov şəhərinin meri Andrey Sadovıy sosial medianın “qəhrəmanı” olub. Merin İsveç Kralına yanlış müraciəti gülüşlə qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, yayılan görüntülərdə Sadovıyın İsveç Kralı Karl XVI Qustavla görüşü zamanı yanlış müraciətə yol verdiyi görünür.

Belə ki, o, ingilis dilində “Your majesty” (əlahəzrət) əvəzinə “Your emergüncy” deyə tələffüz edib. “Emergency” isə tərcümədə “fövqəladə vəziyyət” deməkdir.

Qeyd edək ki, Kral 14 il ərzində ilk dəfə Ukraynaya səfər edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: