Kral ailəsi kiberhücuma məruz qaldı

Böyük Britaniya kral ailəsinin rəsmi internet saytının kiberhücumun hədəfinə çevrildiyi bildirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, kral ailəsindən olan mənbə saytın kiberhücuma məruz qaldığını açıqlayıb.

Təxminən saat yarım ərzində kiberhücum səbəbindən səhifəyə daxil ola bilməyiblər. Səhifə günorta saatlarında yenidən istifadəyə verilib.

Rusiyanın “Killnet” haker qrupu DDoS (Distributed Denial of Service) hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, aprelin 19-da Böyük Britaniya Baş nazirinin müavini Oliver Dovden verdiyi açıqlamada Rusiyaya bağlı haker qruplarının ölkədəki bizneslərə qarşı kiberhücum planları barədə xəbərdarlıq edib.