Koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutka ərzində iki yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 664 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.