“Koroğlu” metrosunun yaxınlığında şam ağacları yandırıldı – FOTO / VİDEO

Nizami rayonunda, “Koroğlu” metrosu yaxınlığındakı ərazidə Eldar şamları yandırılıb.

Bu haqda bu gün, 10 mart tarixində Globalinfo.az İTV-yə istinadən məlumat verir.

Burada yaşayanların sözlərinə görə, yaxınlıqdan elektrik naqilləri və qaz xətləri keçir. Bu da o deməkdir ki, kiçik bir qığılcım böyük faciəyə səbəb ola bilər.

Məsələ ilə bağlı ərazinin aid olduğu Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər. Məsələnin nəzarətə götürüldüyü bildirilib.

Yaşıllığa vurulan ziyanla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Ekologiya və Təbii Sərvətlər İdarəsindən açıqlama verildi ki, sözügedən ərazidə bir neçə ay öncə baş vermiş yanğın zamanı 4 şam ağacının gövdə hissəsinin qabıqlarının yandığı müəyyən olunmuşdur. Yanğın səbəblərinin müəyyən olunması üçün FHN-in əməliyyat-istintaq idarəsinə müraciət olunub.

Ərazidəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də müraciət olunub.