Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Birləşmiş Millətlər Təşkilatında (BMT) ABŞ-ın ölkəsinin ballistik raket sınaqlarını pisləməsini tənqid edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çonq ABŞ-a xəbərdarlıq edib.
Şimali Koreyada Kim Çen Indan sonra ən güclü ad kimi tanınan Kim Yo Conq İngiltərə, Fransa, Avstraliya, Yaponiya və Cənubi Koreya ilə birgə bəyanatına görə ABŞ-ı sərt şəkildə tənqid edib.
ABŞ-a “daha ciddi təhlükəsizlik böhranı ilə üzləşə biləcəyi” xəbərdarlığını edən Kim Yo Conq Şimali Koreyanın raket sınaqlarını BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini ikili standart kimi qiymətləndirdiklərini bildirib.