Koreya lideri xalqa intiharı qadağan etdi

Şimali Koreya lideri Kim Çen İn ölkə xalqına intihar etməyi qadağan edib və bunu sosializmə xəyanətlə eyniləşdirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, KXDR lideri intiharı qadağan edən mexanizmlərin işlənib hazırlanmasını tapşırıb.

Bildirilib ki, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.

“Şimali Koreyada insanların ağır həyatı səbəbindən çoxlu daxili narahatlıqlar var”, – məlumatda deyilir.

Qeyd edilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.