3VLjcNt7fFAsgN76fLJtQhQ96MZQdXBYfAa2rvOU

Ukraynaya dəstək məqsədilə yaradılan “Könüllülər Koalisiyası”nın aydın siyasi liderliyin olmaması səbəbindən tədricən məhv olur.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Belə ki, koalisiyanın gələcəyi Böyük Britaniya və Fransadakı siyasi dəyişikliklərdən ciddi şəkildə təsirlənə bilər.

Nəşr hesab edir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası və Fransa Prezidenti Emmanuel Makronun 2027-ci ildən sonra yenidən namizəd ola bilməməsi ittifaqın fəaliyyətinə mənfi təsir göstərəcək.

Məqalədə qeyd olunur ki, Makronun vəzifədən ayrılmasından sonra Fransanın NATO ilə münasibətlərinə yenidən baxacaq. Bu ssenarinin baş verməsi halında koalisiyanın əsas siyasi dayaqlarını itirəcəyi və faktiki olaraq lidersiz qala biləcəyi vurğulanır.

Tahir Turan
Globalinfo.az

Paylaş: