Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.
Globalinfo.az bildirir ki, “Yeni Klinika”dan Oxu.Az-a verilən məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalmaqda davam edir.
“Pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır”, – deyə məlumatda bildirilib.
***10:00
Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam etdirilir.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, vəziyyəti ağır olaraq qalan Ləman Qulamova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, bundan öncə o, kəskin zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.