Xalq artisti Röyanın ikigünlük konserti zamanı tamaşaçılardan biri ilə dialoqu gündəm olub.
Globalinfo.az xəbər verir ki, konsert zamanı izləyicinin telefona diqqətlə baxdığını görən Röya tamaşaçıların yanına düşüb və həmin izləyiciyə yaxınlaşıb.
Onun əlindən telefonu alan Xalq artisti tamaşaçının konsert zamanı futbol izlədiyini görüb. Sənətçi buna görə tamaşaçıya məzəli formada irad bildirib.
Görüntülər sosial mediada yayılıb. Həmin videonu təqdim edirik: