960448be 634e 34a0 bceb c7d304dde7f0 850

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin Komanda kəndində “Demokratik Qüvvələrin Alyansı” ekstremist qruplaşmasının silahlıları 40-dan çox insanı qətlə yetirib, onlardan 20-si kilsənin içərisində öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 27-nə keçən gecə silahlı qrup kəndə hücum edib. Gecə ibadətinə toplaşan 20 nəfər daxil olmaqla, ümumilikdə 43 nəfər öldürülüb.

Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.

Paylaş: