UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” Kiyev “Dinamo”su (Ukrayna) ilə ilk oyuna çıxıb.
Globalinfo.az xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Görüşün 90-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Cebrail Makretskis qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.