“Kommersant”dan sülh müqaviləsi ilə bağlı “Peterburq iddiası”

 

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Yeni ildən dərhal sonra imzalana bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, tərəflər Yeni ildən sonra imzalana biləcək sülh müqaviləsi üzərində fəal işləməyə davam edirlər:

“İlin sonunadək Cənubi Qafqaz üzrə danışıqlar prosesində daimi uğursuzluqlara və fasilələrə baxmayaraq, MDB-nin Sankt-Peterburq sammitindən əvvəl Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsi imzalamağa və münaqişəyə son qoymağa həmişəkindən daha yaxın idilər.  Əvvəlki görüşlərdən fərqli olaraq Sankt-Peterburqdakı təmas Azərbaycanın bir günlük lokal antiterror əməliyyatlarından və qondarma rejimin süqutundan sonra ilk görüş idi”.

Əliyar Xəlil
Globalinfo.az