Komitə sədri güney azərbaycanlılara səsləndi: “Yanınızdayıq”

“Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz bütün azərbaycanlıların dünyanın hər bir yerində əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin dörüşündə bildirib.

O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb.

“Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir”, – F.Muradov vurğulayıb.