Köməksiz vəziyyətdə qalan azyaşlını xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Telnov küçəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Bakı Regiona Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2016-cı il təvəllüdlü azyaşlını xilas ediblər