3a968add c4c9 3637 92c5 92a31b0f93c0 850

Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin ölkənin Konqresində ölkəmizin tarixi, yaratdığı yeni reallıqlar, ərazi bütövlüyünü bərpa etməsinin vacibliyi, eləcə də Azərbaycan-Kolumbiya münasibətlərinin inkişaf perspektivlərinə dair geniş təqdimatla çıxış edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Globalinfo.az-a verilən məlumata görə, Kolumbiya Konqresinin hər iki – Senat və Nümayəndələr Palatasının iştirakı ilə keçirilən görüşdə Azərbaycanın dövlətçilik tarixinə nəzər salınıb, müsəlman şərqində ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu qısa müddət ərzində həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinin əhəmiyyətinə toxunulub. 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə, həmçinin erməni işğalının ağır nəticələri üzləşən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən daxili-xarici siyasəti nəticəsində öz müstəqilliyini qoruyub saxlamaqla yanaşı, dinamik və özünəməxsus inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırlıb. Bu gün regiounun ən aparıcı dövlətlərindən biri olan Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığı, bölgənin enerji xəritəsini bütünlüklə dəyişərək mühüm nəqliyyat və enerji mərkəzinə çevrildiyi bildirilib.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə və vandalizm əməlləri barədə danışılıb, 2020-ci ildə 44 günlük şanlı Vətən müharibəsinin nəticəsi kimi bu işğala son qoyularaq tarixi ədalətin bərpa olunduğu vurğulanıb. Lokal xarakterli anti-terror tədbirlərinin görülməsini şərtləndirən səbəblər, Azərbaycanın ərazi bötüvlüyünü bərpa etməklə tarixi zəfərə imza atması, Qarabağın erməni sakinlərinin ölkəmizin konstitusiya çərçivəsinə reinteqrasiyası istiqamətində atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Azərbaycanlı diplomatın çıxışı zamanı Kolumbiya ilə qarşılıqlı hörmət və dostluq əsasında qurulmuş münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, keçmiş münaqişə ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya Hökumətinə bir daha təşəkkür edilib. Konqresin Nümayəndlər Palatasının Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni üzvlərinə təbriklər çatdırılıb, parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə inam ifadə olunub. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensial olduğu bildirilib, o cümlədən Kolumbiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dəvət olunublar.

Senator Xose Peres çıxış edərək, Azərbaycana səfərini, ölkə Prezidenti ilə görüşünü böyük məmnunluqla xatırlayaraq, ölkəmizdə şahidi olduğu sosial-iqtisadi inkişafdan və Azərbaycan xalqının qonaqpərvərliyindən çox təsirləndiyini qeyd edib. Senator Sakit Okean Alyansında müşahidəçi dövlət qismində iştirak edən Azərbaycanın tezliklə təşkilatın xüsusi sessiyasına ev sahibliyi edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra digər senatorlar və Nümayəndələr Palatasının üzvləri də söz alaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini, Qarabağın erməni əhalisinin ölkəmizin konstitusiyası və qanunları çərçivəsində Azərbaycan cəmiyyətinə reinteqrasiyasını alqışladıqlarını, Kolumbiyanın ölkəmizlə münasibətlərin inkişafına önəm verdiyini və xüsusilə Azərbaycanın münaqişələrin idarə edilməsi təcrübəsinin öyrənilməsinin faydalı olduğunu qeyd ediblər. Kolumbiyalı parlamentarilər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin, eləcə də qeyri-neft sektorunun inkişafına ayrılan diqqətin təqdirəlayiq olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin təhsil, idman, mədəniyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda səfir M.Talıbov tərəfindən ölkəmizdə və regionda cərəyan edən hadisələrlə bağlı auditoriyada maraq doğuran suallar cavablandırılıb, Kolumbiya Konqresinin rəsmi televiziyasına Azərbaycan həqiqətləri ilə bağlı müsahibə verilib.

Görüş Konqresin yutub kanalı vasitəsilə canlı yayımlanıb.

3490914e 656e 3f11 b047 ece17923a61e a311ba1a 5656 30e7 a8cf f768f6378a2f 99168bad 8a4b 3f98 be58 1e353ac54f4b a1d8bb5e a1ce 3e2d 99ea c9ea14499dea 23c924bb a103 3a54 8d81 24f213e84e8a 30709413 3f8b 3ca6 8367 8f4fdc408789 acb47c73 1e69 3a88 96b6 74128ef05468 de7b64f3 7e90 32e4 ac42 7eebe3af3737 a17da1f1 f34f 3a99 afce 8836c2552cad 2ca90c98 5133 3cca b0fb 3eaeec57bbf7

Paylaş: