Kolbasa və sosislər barədə qərar verildi – RƏSMİ

Bildiyimiz kimi, artıq bir neçə növ kolbasa və sosislərdə nöqsan aşkarlanıb. Bəs nöqsan aşkarlandıqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hansı addımlar atılır? Ümumiyyətlə, bir dəfə problem aşkarlandıqda növbəti monitorinqə qədər keyfiyyətli məhsulun satışına necə əmin ola bilərik?

Məsələ ilə bağlı Globalinfo.az AQTA-ya sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, mütəmadi olaraq monitorinq aparılıb:

“Monitorinq zamanı nöqsan aşkarlandıqda həmin məhsulla bağlı məhdudlaşdırıcı qərar qəbul olunur və satış şəbəkəsindən geri çağırılır. Bununla bağlı inzibati cəza tədbirlər görülür. Hətta nöqsan aşkarlanan bir şirkətin fəaliyyəti də dayandırılıb. Vətəndaşlara müraciət edildi ki, əgər marketlərdə həmin məhsullara rast gəlsələr, mütləq bizim “qaynar xətt”imizə zəng edərək məlumat versinlər”.

Zaira Akifqızı
Globalinfo.az